Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Növbəti aylarda əmək pensiyaları vaxtında veriləcək – RƏSMİ

Tarix: 16-03-2018 16:07     Baxış: 3433 A- / A+
Növbəti aylarda əmək pensiyaları vaxtında veriləcək – RƏSMİ

2018-ci ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 636,6 mln. manata yüksəlib.

Manevr.az
nazirliyə istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,33 faiz artaraq 305,1 mln. manata çatıb.

Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 66,31 faizini və ya 202,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur.

Mart ayının birinci yarısında Fondun orqanları tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği ötən ilin mart ayının müvafiq dövrünə nisbətən 23,84 faiz çoxalaraq 109,0 milyon manat olub.

Bildirilir ki, qeyd olunan artım dinamikası 2018-ci ilin sonrakı aylarında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtlı-vaxtında həyata keçirməyə imkan yaradacaqdır.

Onu da bildirək ki, 2018-ci ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 318 min 434 nəfərdir.

Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin əvvəlindən indeksləşdirilərək 5,7 faiz artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar