Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Problemli kreditlərlə bağlı mühüm TƏKLİFLƏR

Tarix: 16-03-2018 13:29     Baxış: 3726 A- / A+
Problemli kreditlərlə bağlı mühüm TƏKLİFLƏR

Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı üçün çox önəmli olduğuna görə, məhz 2018-ci ildə bu məsələyə çox ciddi diqqət yetirilməlidir. Qeyri-neft sektorunun inkişafındə artım templərinin gücləndirilməsində bankın da rolu artsın. Təkcə, bank sisteminin sağlamlaşdırılması Beynəlxalq Banka şamil edilməməlidir. Ümumilikdə bütün bank sisteminə şamil edilməsi istiqamətində addımların atılmasını təklif edirəm. Ənənəvi surətdə yüksək faizlər hesabına bankların nəsə qazanmasının perspektivi yoxdur".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli deyib. Deputat bildirib ki, problemli kreditlər problemini həll etmədən Azərbaycanda bank sisteminin sağlamlaşdırılması mümkün deyil.

"Bununla əlaqədar olaraq biz xüsusi təkliflər hazırlayıb aidiyyatı orqanlara göndərmişik. Burada mahiyyət ondan ibarətdir ki, bir qurumun üzərinə ağırlıq düşməsin. Xarici valyutada olan kreditlərin problemlərinin yumşaltmaqdan ötrü dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali bunun bir hissəsini öz üzərinə götürsün.

Bu riskin 4 yerə bölünməsi hesab edirəm ki, problemin həlli istiqamətində irəliyə doğru ən mühüm addımdır. Martın 6-da Milli Məclisin iclasında cənab prezident tərəfindən parlamentə göndərilmiş "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinə baaxıldı. Hesab edirəm ki, problemli kreditlərlə bağlı da belə bir addım atılmalıdır. Ümid edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər orqanlar bizim bu təklifimizə cavab verəcəklər".

Deputat deyib ki, bu il sosial proseslərin tənzimlənməsi üçün 6 faizdən yuxarı inflyasiyaya imkan verməmək üçün aidiyyatı qurumlar addım atmalıdır.

"Dövlət başçısı tərəfindən maaşların artırılması müsbət haldır. Hesab edirəm ki, bu artımlardan sonra təhsil haqqı və digər sahələrdə süni qiymət artımının olmaması da vacibdir".modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar