Xəbər lenti
Əhaliyə qazla bağlı xəbərdarlıq: "Bayram günlərində..."

" "Azəriqaz" İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək".
Bu sözləri Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev deyib.
Onun sözlərinə görə, Novruz bayramı münasibəti ilə 20 mart 2018-ci il tarixindən 26 mart 2018-ci il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti artırmaq məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək.
"Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 saylı "Çağrı Mərkəzi"nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin texniki isismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində, onların xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq".
İ.Kəlbalıyev vurğulayıb ki. bayram günlərində qaz təsərrüfatında hər-hansı bir planlı işlərin görülməsi məhdudlaşdırılacaq. Yalnız qəza halları istisna olmaqla Birliyin tikinti idarəsinin işçi heyəti lazimi avadanlıqla təmin edilib".
Azəriqaz İB istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir. /Sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar