Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirimiz İranda: 10 min avtomobil istehsal ediləcək - Foto

Tarix: 14-03-2018 19:55     Baxış: 4254 A- / A+
Nazirimiz İranda: 10 min avtomobil istehsal ediləcək - Foto

İrana səfəri çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran xalqlarının tarixən yaxın olduğunu, dövlət başçılarının əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb, son 4 ildə keçirilmiş 10 yüksək səviyyəli görüş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair qərarların qəbul olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, məhz bu görüşlərin, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibinin geniş olması da əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir. Şahin Mustafayev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu qeyd edərək, nəqliyyat dəhlizinin Avropa ilə Asiyanı birləşdirəcəyini vurğulayıb. Azərbaycan və İranın səmərəli iqtisadi əməkdaşlığında Neftçalada avtomobil zavodunun rolunu qeyd edən iqtisadiyyat naziri ildə 10 min avtomobil istehsal etmək gücündə olacaq müəssisənin ölkələrimizin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb. Bununla yanaşı, İranla birgə Azərbaycanda avtobus və kənd təsərrüfatı texnikası istehsal edən müəssisənin yaradıla biləcəyini, bu istiqamətdə danışıqların davam etdirildiyi bildirilib.

Nazir Şahin Mustafayev Naxçıvan Muxtar Respublikasının Azərbaycan üçün strateji əhəmiyyətini qeyd edərək, buraya investisiya qoyuluşunun səmərəliliyini vurğulayıb.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri 90-cı illərdə Bakıda səfərdə olduğunu xatırlayaraq, ötən müddət ərzində Azərbaycanın çox dəyişdiyini və inkişaf etdiyini, ölkəmizin uğurlarının İranı sevindirdiyini vurğulayıb. Məhəmməd Şəriyətmadəri bildirib ki, İran Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçısını müşayiət edəcək və ölkəmizin inkişafını əyani sürətdə görmək imkanı olacaq. İranlı nazir, həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibində sənaye komitəsinin yaradılmasını təklif edib, bunun müvafiq sahədə əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə edildiyi görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, İranın "Xodro" şirkətinin baş direktoru Haşim Yekkə Zareəd də iştirak edib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar