Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda boşanmaların əsas səbəbi nədir? - Ekspert rəyi

Tarix: 05-10-2016 00:04     Baxış: 3427 A- / A+
Azərbaycanda boşanmaların əsas səbəbi nədir?

Bu gün cəmiyyətimizdə böyük qlobal problem və aktual məsələyə çevrilən boşanmalara əksər hallarda səbəb maddiyat, xəyanət, şiddət, bir-birinə uyğun olmayan insanların izdivac qurmasıdır.

Trend bildirir ki, bunu hüquqşünas Nurlana Quliyeva deyib.

N.Quliyeva deyib ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda cəmiyyətin təməlində fərd yox, birbaşa ailə durur: "Dövlət səviyyəsində ailələrin təminatlı olmasına dair bir çox proqramlar həyata keçirilir və ailə institutunun inkişafı sayəsində yetərincə işlər görülür. Lakin bütün bunlara baxmayaraq qeyd edim ki, bu gün cəmiyyətimizdə sağlam və uzunömürlü ailələrin sayı azalmağa doğru gedir. Səbəblər müxtəlif və çoxşaxəlidir".

Hüquqşünas qeyd edib ki, boşanmış və mübahisəli ailələrdə doğulan uşaqlar təəssüf ki, özünə inamı olmadan, iradəsi zəif şəxsiyyət kimi formalaşırlar: "Övladlarımızın doğru və şəxsiyyət kimi formalaşması üçün onların sağlam və təməli möhkəm ailələrdə yetişməsi mütləqdir".

Onun sözlərinə görə, boşandıqdan sonra ananın himayəsində qalan uşaqların yaşam təminatı üçün nəzərdə tutulan alimentin alınması da böyük problemlər yaradır: "Təəssüf ki, əksər atalar övladlarının həyat təminatı üçün nəzərdə tutulan alimenti verməkdən boyun qaçırır və sonda məhkəmə qətnaməsinin bu hissəsi icra olunmadığı üçün inzibati həbs və 306-cı maddəylə təsbit olunan cinayət işinin açılması prosesi başlayır.

İstənilən halda məhkəmə qərarı ilə nəzərdə tutulmuş aliment uşaq 18 yaşına çatana qədər ödənilməli və qətnamənin icrası zəruriləşdirilməlidir. Sağlam dövlət üçün sağlam cəmiyyət, sağlam cəmiyyət üçün də sağlam ailələrin olması mütləqdir. İnsanlar ailə qurarkən ilk növbədə bu məsuliyyəti dərk edərək addım atmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar