Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Klaviaturada az adamın bildiyi 12 SİRLİ DÜYMƏ

Tarix: 10-03-2018 14:20     Baxış: 3664 A- / A+
Klaviaturada az adamın bildiyi 12 SİRLİ DÜYMƏ


Bəzən biz kompyuterdən istifadə edərkən onun bütün incəliklərini bildiyimizi zənn edirik. Lakin bu yazını oxuduqdan sonra görəcəksiz ki, bildiyimiz çox primitiv nüanslar varmış. Çoxları hesab edirlər ki, klaviaturanın sol hissəsində, aşağıda "fn" və "alt" düymələrinin ortasında yerləşən, bizim "Pusk" , "Start" adlandırdığımız düymə yalnız kompyuteri yandırıb söndürmək üçündür. Amma əslində o düymə vasitəsilə bir çox əməliyyatları gerçəkləşdirmək mümkündür. Diqqətli olun, başlayırıq.

Publika.az oxucularına kompyuter klaviaturasında çoxlarının bilmədiyi gizli əməliyyatlar haqqında məlumat verir:

Əslində sözügedən "Start" düyməsinin bir adı var. Həmin düymə "Win" adlanır və yalnız "İşə salma" menyusunun açılışı üçün nəzərdə tutulmayıb. Təəssüf ki, kompyuter satanlardan, istifadəçilərərə qədər hər kəs bunu belə zənn edir. Lakin bu düymə "Windows" Microsoft əməliyyat sistemlərinin təməlidir deyə bilərik. 1985-ci ildə buraxılmış bu marka bütün dünyada ən geniş istifadə edilən proqram təminatı olaraq liderliyini qorumağa davam edir.

"Win" adlı sehirli klavişin xüsusiyyətləri kompyuterdə müəyyən əməliyyat sistemlərinin qısa zamanda 3 toxunuşla həll olunmasına imkan verir. Aşağıda göstərilmiş kombinasiyalar kompüterdə işi sadələşdirir və qiymətli vaxtınıza qənaət etməyə kömək edir. Aşağıda sıralanan 12 kombinasiya ilə tanış olun:

1. ALT + Backspace

Bu əməliyyat sisteminin köməyi ilə siz mətnin silinmiş hər hansı bir hissəsini və ya sözünü geri qaytara bilirsiz. Qismən bu təklif CTRL + Z kombinasiyasının əməliyyat xüsusiyyətini xatırladır.

2. CTRL + ALT + TAB

Bu kombinasiya hazırda kompyuterinizdə açıq olan pəncərələrin sayını görməyə və onların arasında yerdəyişmə etməyə icazə verir.

3. ALT + F4

Klaviaturanın bu düyməsi ekranda açıq olan pəncərə və ya proqram panelinin bağlanmasını təmin edir.

4. F2

F2 sizə faylların və ya qovluqların adını dəyişdirməyə icazə verir.

5. CTRL + SHIFT + T

Bu kombinasiya sizə kompyuterin ekranında ən son baxılan və bağlanmış pəncərənin yenidən açılmasına kömək edəcək.

6. Windows + L

Bu kombinasiya, sistemdən çıxışı təmin edir.

7. CTRL + SHIFT + N

Siz yeni qovluq açmağa kömək edir.

8. CTRL + SHIFT + N

"Google Chrome" brauzerinin ikinci ayrı əlavəsi açılır.

9. CTRL + T

Bu kombinasiya isə istənilən brauzerdə yeni, ikinci əlavə pəncərə açır.

10. CTRL + ALT + DEL

"Windows" versiyasından asılı olaraq mərkəzi təhlükəsizlik və ya dispetçer pəncərəsini açır.

11. CTRL + SHIFT + ESC

Tapşırıq dispetçerini aktivləşdirir.

12. CTRL + Esc

Bu klavişlərin kombinasiyası isə birbaşa "Start" düyməsinin menyu panelini açır.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar