Xəbər lenti
Azərbaycanlı aktyor polisə çağrıldı

Müsavat Partiyasının Mingəçevir təşkilatının üzvü, aktyor İbrahim Türksoy Şəhər Polis İdarəsinə çağırılıb.
Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Müsavat Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli məlumat verib. Təşkilat sədri aktyorun polisə hansı səbəbdən çağırıldığının məlum olmadığını bildirib.
“İbrahim Türksoyun polisə hansı səbəbdən çağırıldığı bizə məlum deyil. Şöbəyə aparılan aktyor 1 saat orada qalıb. Şöbədə aktyorla normal davranıblar. Ona mitinqin gərəksiz olduğunu deyiblər və bildiriblər ki, sosial problemini həll edəcəklər”.
Söhbət zamanı İbrahim Türksoya deyilib ki, onu teatrdan qovulması və teatr rəhbərliyi ilə onun arasındakı problemi həll edəcəklər.
Qeyd edək ki, İbrahim Türksoy Mingəçevir Dövlət Dram teatrından bir müddət əvvəl rəhbərlik tərəfindən qovulub.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar