Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil nazirimiz kim olsun?

Tarix: 09-03-2018 16:01     Baxış: 2805 A- / A+
Təhsil nazirimiz kim olsun?

Bir müddət əvvəl ölkə başçısının sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri postuna gətirilib. Təhsil naziri vəzifəsi isə hələ ki boşdur. Hazırda bu posta kimin gətiriləcəyi müzakirə obyektidir. Mətbuatda və ictimaiyyət arasında bir sıra tanınmış ziyalılarımızın adları çəkilir. Hətta bu elm xadimləri sırasında Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun da adı var idi. Abel Məhərrəmov isə bu yaxınlarda mətbuata açıqlamasında nazir olmaq fikrində olmadığını vurğulamışdı.

Mövzunun aktuallığını nəzərə alaraq, topxəbər.az saytı kimlərin bu vəzifəyə namizəd ola biləcəyini öyrənib.

Elm sahəsinin tanınmış simalarının fikirlərini sizə təqdim edirik.

Azərbaycan Müəllimlər İnstitutunun keçmiş xanım rektoru, millət vəkili Aqiyə Naxçıvanlı kiminsə adını söyləməkdə çətinlik çəkdiyini deyib:" Təhsil nazirini seçmək mənə aid deyil. Bu, cənab prezidentin səlahiyyətindədir. O, kimi təhsil naziri görsə, biz hamımız onunla əl-ələ verib işləyəcəyik. Mənim üçün kiminsə adını demək çox çətindir. Çünki prezidentin səlahiyyətində olan sahəyə müdaxilə edə bilmərəm. Ölkə başçısı təyin edəcək rəhbərdə olan xüsusiyyətlərin heç birini biz görə bilmərik".

Eks təhsil naziri Firudin Cəlilov: "Qənirə Paşayevanı yeni təhsil naziri kimi görürəm. Hələ ki, ancaq onun adı ağlıma gəldi"

Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva da ad çəkməyin müşkül məsələ olduğunu vurğulayıb: "Təhsil nazirini seçmək cənab prezidentin səlahiyyətində olan bir məsələdir. Vaxtı gələndə kimi lazım biləcəksə, o da təyin olunacaq. Güman edirəm ki, təhsil sistemimiz bu günə qədər necə inkişaf edibsə, bundan sonra daha da yaxşı inkişaf edəcək. Mən heç kəsin adını çəkə bilmərəm, mənim kiminsə adını deməyimlə nəsə həll olur? Təhsil sistemində elə bir insan olmalıdır ki,o, həqiqətən bu məsuliyyəti öz üzərində dərk etsin, Azərbaycan təhsilinin bundan sonra da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməsin. O şəxsiyyətin kim olub-olmaması önəmli deyil, əsas odur ki, öz fəaliyyəti ilə Azərbaycan təhsilinə gözəl töhfələr versin".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar