Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

İşsiz gəncləri işə götürənlər həvəsləndiriləcək - Prezidentdən göstəriş

Tarix: 09-03-2018 10:35     Baxış: 3499 A- / A+
İşsiz gəncləri işə götürənlər həvəsləndiriləcək - Prezidentdən göstəriş

Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənlər həvəsləndiriləcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin martın 7-də imzaladığı "Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən yaradılmış "Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

"Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməyə əsasən işəgötürənləri həvəsləndirmək vəzifəsi olmayıb. Yeni yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxsin Nizamnaməsində isə qeyd edilib ki, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqı 1 ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdiriləcək.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar