Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda işsiz gənclərə şad xəbər

Tarix: 08-03-2018 18:25     Baxış: 21 138 A- / A+
Azərbaycanda işsiz gənclərə şad xəbər


Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənlər həvəsləndiriləcək.

Manevr.az-ın ölkə.az-a istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin martın 7-də imzaladığı "Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən yaradılmış "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

"Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməyə əsasən işəgötürənləri həvəsləndirmək vəzifəsi olmayıb. Yeni yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində isə qeyd edilib ki, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqı 1 ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdiriləcək.

Eyni zamanda gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər ayrılacaq. Fondun vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılacaq və keçiriləcək ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul ediləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar