Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin qudasi işdən çıxarıldı

Tarix: 07-03-2018 15:49     Baxış: 2669 A- / A+
 Ramiz Mehdiyevin qudasi işdən çıxarıldı

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi ilə əlaqədar bu yaxınlarda işdən azad olunanlar arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qudası (Oğlu Timur Mehdiyevin qayınatası-red.) da olub.

Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqovun yaş senzinə görə işdən azad olunduğu bildirilsə də, PA rəhbəri bu qərardan narazılığını gizlətməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin strukturunda dəyişiklik və ixtisarlar nəticəsində İ.Sadıqovla birlikdə daha 8 şöbə müdiri vəzifəsindən uzaqlaşdırılıb. Onların bəziləri yaş senzinə görə işdən çıxarılıb, bəzilərinin isə rəhbərlik etdiyi şöbələr ləğv olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb.

Dəyişikliklər prezident İlham Əliyevin 23 avqust 2017-ci il tarixli fərmanı əsasında aparılıb. Həmin fərmanda qeyd olunurdu ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedib.

Nazirlər Kabinetinin mətbuat xidməti işdən azad edilən şəxslərin kimliyini açıqlamasa da, onların adı sonradan mətbuata məlum olmuşdu.

Vəzifədən çıxarılanlar aşağıdakı şəxslər idi:

Baş nazirin 85 yaşlı müşaviri Musa Məmmədov
Ümumi şöbənin müdiri Ziyavəddin Qasımov
Sənaye və energetika şöbəsinin müdiri Səyyad İsmayılov
Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə
Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov

Nazirlər Kabinetinin ləğv olunan şöbələri isə aşağıdakılardır:

MDB ölkələri ilə iş şöbəsi (müdir Kamal İsmayılzadə)
Məxfi Şöbə (Müdir Kamil Katibli)
Kadrlar Şöbəsi (Müdir Səriyyə Əzimova)
Hərbi və inzibati şöbə (müdir Elman Gərayzadə)

Qeyd edək ki, İsmayıl Sadıqov həm də Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü olub.gununsesi.info

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar