Xəbər lenti
“Əhaliyə kompensasiya verilməlidir”

“Hökumət devalvasiya nəticələrinin törətdiyi fəsadları yenidən nəzərdə keçirməli, dollar krediti götürmüş əhaliyə kompensasiya verməlidir”.
Mərkəzi Bankın depozit hərracının keçirilmə intensivliyini azaltması öz təsirini göstərib. Hərracda bankların tələbi təklifi 5 dəfəyədək üstələyərək tarixi rekord həddə olub və 1 milyard 133 milyon manatı ötüb. Bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib.
İqtisadçı bildirib ki, buna səbəb kreditləşməyə maraqlı olmayan bankların az da olsa daha etibarlı qazanc mənbəyinə üz tutmasıdır: “Milli valyutanın sabitliyi fonunda hərraclara tələb yüksək olaraq qalacaq və yeni rekordun olmasını da gözəmək olar. Ona görə də Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməli (məsələn, 6%-ə), depozitin müddətini isə artırmalıdır (14 gündən 1 aya)”.
Samir Əliyevin sözlərinə görə, hətta bu da çıxış yolu deyil: “Problem fundamentaldır və real sektorda riskin yüksək olaraq qalmasından qaynaqlanır. Hökumət devalvasiya nəticələrinin törətdiyi fəsadları yenidən nəzərdə keçirməli, dollar krediti götürmüş əhaliyə kompensasiya verməlidir”.minval.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar