Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Narkoloji Mərkəzdə həlak olanlardan 16 nəfərin meyiti bu gün ailələrinə təhvil veriləcək

Tarix: 06-03-2018 10:33     Baxış: 3256 A- / A+
Narkoloji Mərkəzdə həlak olanlardan 16 nəfərin meyiti bu gün ailələrinə təhvil veriləcək


Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 16-sının meyiti bugün səhər saatlarında ailə üzvlərinə təhvil veriləcək.

Manevr.az xəbər verir ki, bu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyində ölən şəxslərin ailə üzvləri ilə birgə meyitlərə baxış zamanı mümkün olub. Aparılan ekspertiza işləri zamanı həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.

Bugün səhər 9:00-da hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına veriləcək. Qeyd edək ki, ölənlərdən 9-nun meyitinin şəxsiyyəti müəyyənləşdirilərək martın 3-də ailə üzvlərinə təhvil verilib. Kimliyi bilinən 25 meyitin hələ ki, adı və soyadı açıqlanmır.

Qeyd edək ki, martın 2-də, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib./report

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar