Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur professor həkimlərin iddiasını alt-üst etdi: "Çörək yeyin..."

Tarix: 05-03-2018 18:44     Baxış: 3259 A- / A+
Məşhur professor həkimlərin iddiasını alt-üst etdi: "Çörək yeyin..."

Son zamanlar əksər həkimlər, dietoloqlar çörək yeməyin orqanizmə olduqca zərərli olduğunu bildirirlər. Buna görə də bir çoxumuz çörək yeməkdən imtina etmişik. Amma türkiyəli məşhur professor Ender Saraçoğlu bu deyilənlərin əksini iddia edir.

Özünün də çörək yediyini və çörəksiz dura bilmədiyini söyləyən Saraçoğlu deyir ki, bu qidadan imtina etmək doğru deyil. Çünki çörək deyilənlərin əksinə olaraq, olduqca faydalıdır: "Son illər bir çox mütəxəssislər "çörək yeməyin" deyirlər, bu fikri haradan uydururlar bilmirəm. Çörəyi xüsusilə xərçəngə, diabetə qarşı istifadə etmək lazımdır. Amma çörək təmiz buğda çörəyi olmalıdır. Çörək yüksək təzyiqin qarşısını alır, metabolizma xəstəliklərində qoruyucu və önləyici xüsusiyyətə malikdir. Təmiz buğdadan hazırlanan çörək qidalandırıcı, vitaminli və doyurucudur".

E. Saraçoğlu qeyd edir ki, qarğıdalı unundan hazırlanan çörək də faydalıdır: "Qarğıdalı unundan hazırlanan çörək dəri xəstəliklərinin qarşısını alır. Bu çörəkdən istifadə edənlərin üzünə baxdıqda onlarda demək olar ki, heç bir sızanağa rast gəlmirsən. Dərisinin gözəl olmasını istəyənlər qarğıdalı çörəyi yeməlidirlər. Qarğıdalı unu eqzema və sədəfə qarşı da önləyici xüsusiyyətə malikdir".sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar