Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur marketdən alınan ətə iynəylə başqa maddə vurulub? - İddia/ FOTO

Tarix: 05-03-2018 16:37     Baxış: 3448 A- / A+
Məşhur marketdən alınan ətə iynəylə başqa maddə vurulub? - İddia/ FOTO


Manevr.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi "Facebook”da foto və video paylaşıb. Görüntülərdə həqiqətən də ətin üzərində xırda dəliklər olduğu sezilir. Əti qəssablara göstərən istehlakçıya bu ətin normal olmadığını bildiriblər. Ətə bıçaqla basdıqda dəliklərdən şirəli, rəngli maye çıxır. Ətə şprits vasitəsilə çəkisini artırmaq üçün ya su, ya rəngqatıcı maddə vurulduğu versiyası üzərində dayanan alıcı ətdən kəskin qoxu gəldiyini də bildirib. Bu səbəbdən əti marketə qaytaran istehlakçı digər insanların fikrini öyrənmək üçün sosial şəbəkədə paylaşım edib.
"Bravo” supermarketlər şəbəkəsinin Əhmədli filialından alınan ətdə iynə (şprits) izləri olduğu iddia olunub.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib. O, ətdə iynə izlərinin olmasının inandırıcı olmadığını, belə bir məzmunda hələ istehlakçı şikayətinin daxil olmadığını deyib:

"Ola bilsin istehsal yerində, zavodda ət nazik qırmaqlarla qaldırılıb, qırmaqların izi qalıb. Baxır alınan ətin mənşəyinə. O marketdə normal istehsalçılardan ət məhsulları qəbul olunur. Ona görə şpritslə müdaxilə inandırıcı deyil. Əgər ciddi yerdən alınmayıbsa, təsadüfi yerdən alınıbsa, nə desən edərlər. Normalda ət kəsiləndən sonra 24 saat saxlanmalıdır, sonra şok dondurmadan keçirilməlidir. Şok dondurmadan keçən ətdə insan orqanizmi üçün zərərli olan bütün mikroblar ölür”./bakipost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar