Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

İranda sensasion hadisə: Bu, inqilabdır

Tarix: 04-03-2018 21:20     Baxış: 2295 A- / A+
İranda sensasion hadisə: Bu, inqilabdır

İran prezidenti Həsən Ruhaninin müavini Məsumə İbtikar qadınların məcburi şəkildə baş örtüsü taxması qanununa qarşı olduğunu deyib.

Bu sözləri ölkədə "düşüncə inqilabı" kimi dəyərləndirilib. Çünki 1979-cu il inqilabından bu yana heç bir rəsmi şəxs tərəfindən bu haqda açıq fikir bildirən olmamışdı.

"Baş örtüsü elə bir mövzudur ki, onu zorla qəbul etdirmək düzgün deyil. Mən özüm baş örtüsü tərəfdarı olsam da, bu geyimin təzyiq və şiddətlə qorunmasına qarşıyam", - xanım İbtikar qeyd edib.

Qadınların başını bağlamasının İranda qanuni zərurət olduğunu xatırladan İbtikar deyib ki, əslində bu qanun 1979-cu il inqilabından sonra xalqdan gələn tələb üzərinə qəbul olunmuşdu: "İndi isə vəziyyət bir az fərqlidir. Düşünürəm ki, hökumət yeni nəslin nümayəndələri ilə bu haqda danışıqlar aparmalı və ortaq məxrəcə gəlinməlidir. Gənclərin tələbləri nəzərə alınmalıdır".

Məsumə İbtikar, həmçinin deyib ki, qadınların ərlərinin icazəsi olmadan ölkədən çıxa bilmələri üçün də dini qurumlar və alimlərlə müzakirələr aparılacaq.

Xatırladaq ki, iki aydan çoxdur İranda hökumət əleyhinə irili-xırdalı aksiyalar keçirilir. Onlardan bəziləri iqtisadi vəziyyətin ağırlığı, bəziləri isə insan haqlarının kobud şəkildə pozulması ilə bağlıdır.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar