Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə qəribə statistika: Azərbaycanlılar ikincidir

Tarix: 04-03-2018 18:42     Baxış: 4407 A- / A+
Türkiyədə qəribə statistika: Azərbaycanlılar ikincidir


Türkiyə mətbuatı yazır ki, bu barədə ölkənin Statistika Təşkilatı məlumat yayıb.

Ötən il Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınların sayı artıb.

Məlumata görə, ötən il Türkiyə vətəndaşlarının əcnəbilərlə nikahlarının sayına görə, azərbaycanlı qadınlar ikinci yerdə qərarlaşıb.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı diqqəti bu ölkənin vətəndaşları ilə ailə quran azərbaycanlı qadınların sayının artmasına yönəldib. Bildirilir ki, ötən il Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qadınlar say baxımından siyahıda ikincidirlər.

Əgər 2016-cı ildə Türkiyə vətəndaşları ilə ailə quran suriyalı qadın və ya qızların sayı 6500 nəfər olubsa, ötən il bu rəqəm 4000 nəfər təşkil edib.

Məlumata görə, son üç ildə ümumilikdə Türkiyə vətəndaşları ilə evlənən suriyalı qadın və qızların sayı 14138 nəfər olub.

Siyahıda alman qadınları da yer alıb. Bu ölkədən olan 8 min qadın Türkiyə vətəndaşları ilə nikaha giriblər. Ümumi nəticəyə görə ikinci yerdə qərarlaşan azərbaycanlı qadın və qızların sayı 6613 nəfər təşkil edib. 2017-ci ildə hər 100 evlilikdən 4-ü əcnəbi qadınla baş tutub.

Ötən illər Türkiyə ilə Rusiya arasında gərginliyin yaşanması evliliklərin statistikasına da təsir göstərib. 2017-ci il türklərlə evlənən rus qadınların sayı 1134 nəfər olub. Siyahıda ukraynalı qadın və ya qızlar da 1172 nəfərlə diqqət çəkib.

Rəsmi məlumata görə, son üç ildə 62 min 369 əcnəbi qadın Türkiyə vətəndaşı ilə nikaha girib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar