Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən 22 milyonluq sərəncam - NAZİRLƏR KABİNETİNƏ TAPŞIRIQ VERİLDİ

Tarix: 03-03-2018 18:41     Baxış: 3407 A- / A+
Prezidentdən 22 milyonluq sərəncam - NAZİRLƏR KABİNETİNƏ TAPŞIRIQ VERİLDİ

Prezident İlham Əliyev Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün "H" kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 22 358 000 (iyirmi iki milyon üç yüz əlli səkkiz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar