Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşağa yod çəkərkən bu məqamlara diqqət edin - Pediatr sadaladı

Tarix: 03-03-2018 15:44     Baxış: 3624 A- / A+
Uşağa yod çəkərkən bu məqamlara diqqət edin - Pediatr sadaladı

Əksər valideynlər uşaq bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir. Mövzu ilə bağlı ailem.az-a danışan pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: "Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər".

Həkim deyir ki, yod çəkiləndən 2-3 saat ərzində silinib gedirsə, bu, bədəndə yodun əskikliyindən xəbər verir. Əgər 6-8 saat sonra çəkilirsə, diqqətli olmaq lazımdır. Çünki bu, bədəndə yod toxluğunun göstəricisidir.

A. İsmayılzadə qeyd edir ki, yod uşaqda allergiyaya da səbəb ola bilər: "Ona görə ilk istifadə dirsək büküşünün içəri səthinə çəkilməlidir. Yod dərindən qıcıqlandırıcı təsir edərək qan dövranına müsbət təsir edir. Hərarət olduğu zaman edilməməlidir. Bir yaşdan kiçik uşaqlara ümumiyyətlə, yod çəkmək olmaz. Çünki bu, onların dərisində yanıq törədər. 3 yaşdan kiçik uşaqlara isə qalxanvari vəzin tam funksiya göstərməməsi səbəbindən məsləhət deyil. Yod ürək nahiyəsinə çəkilməməlidir. Burada maddənin dəridən sovrularaq matriks boyunca proyeksiyasında olduğu orqana yetişməsi ehtimalı var".

Pediatr söyləyir ki, yodu aşağıdakı qaydada istifadə etmək lazımdır: "Dəridə yaralar ucun 10 faizli yod məhlulu istifadə edildiyi halda, ağız boşluğu və boğaz yaxalamaları üçün 1 faizli yod məhlulu tövsiyə edilir. Bir sözlə, yoddan necə gəldi istifadə etmək olmaz. Xüsusilə də uşaqlara yod çəkən zaman ehtiyatlı olmaq lazımdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar