Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əmisini gülləyib 8 ay Azərbaycanda gizləndi: Dedi ya borcunu ver, ya arvadını...

Tarix: 02-03-2018 20:56     Baxış: 3347 A- / A+
Əmisini gülləyib 8 ay Azərbaycanda gizləndi: Dedi ya borcunu ver, ya arvadını...
Türkiyədə ötən ilin avqustunda itkin düşən şəxsin öz qardaşı oğlu tərəfindən öldürüldüyü, qatilin isə hadisədən sonra qeyri-leqal yollarla Azərbaycana keçib bir müddət qaldığı məlum olub. Qatil daha sonra qeyri-leqal yolla Türkiyəyə qayıdıb və İstanbulda yaxalanıb.

Türkiyə mətbuatı xəbər verir ki, Konyada Əbubəkr K.-nın əslində il yarım öncə qardaşı oğlu Abdullah K. tərəfindən silahla qətlə yetirilidiyi və basdırıldığı üzə çıxıb.

İstanbulda saxlanılan, törətdiyu cinayət etiraf edən Abdullah ilkin ifadəsində 150 min lirə borcu olduğu əmisini “ya borcunu ver, ya da arvadını” dediyinə görə öldürdüyünü söyləyib. Həmçinin qanlar içində yerdə can verən əmisinin ona “uşaqlarım sənə əmanət, onlara yaxşı bax” dediyini də açıqlayıb.
Əmisini gülləyib 8 ay Azərbaycanda gizləndi: Dedi ya borcunu ver, ya arvadını...
Məlumata görə 17 avqust 2016-cı ildə Canan K. Adlı Konya sakini polisə gedərək həyat yoldaşı Əbubəkrin itkin düşməsi barədə məlumat verib.

Polis əməkdaşlarının araşdırmaları nəticəsində ailəli, iki uşaq atası Əbubəkrin qətlə yetirilməsi ehtimalı meydana çıxıb. Təhqiqat zamanı məlum olub ki, Əbubəkr sonuncu dəfə ortağı və qardaşı oğlu Abdullah K. ilə görüşmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra polislər araşdırıblar ki, əmisinin “itkin düşməsindən” sonra Abdullah K. qaçaq yollarla Azərbaycana keçib və 8 ay orada qalıb. Həmçinin biri imam nikahlı olmaqla iki arvadı və bir övladı olan Abdullahın ailəsinə baş çəkməməsi də polis əməkdaşlarının diqqətindən yayınmayıb. Yalnız 8 ay öncə onun qaçaq yollarla Türkiyəyə qayıtdığı müəyyən edilib. Cinayət işi üzrə aparılan istintaq araşdırmaları zamanı Abdullah K.-nın öncə Yalovadakı fabrikdə işlədiyi, sonra isə başqa iş üçün İstanbula getdiyi aşkarlanıb. Polis əməkdaşları onu səhər saatlarında Alibəyköy küçəsindəki evdə yaxalayıblar.
Əmisini gülləyib 8 ay Azərbaycanda gizləndi: Dedi ya borcunu ver, ya arvadını...

İstanbuldan Konyaya aparılan Abdullah K. əmisini öldürüb basdırdığı yeri polislərə göstərib. Qazıntılar zamanı basdırılan yerdən Əbubəkrin sümükləri tapılıb.

Əmisini qətlə yetirdiyini etiraf edən Abdullah K. ilkin ifadəsində “Əmimə 150 min borcum vardı. Ona zəng vurub Antalyada şirkətin yaxşı qazanclı dizayn işi sifarişi aldığını, işlə bağlı görüşmək istədiyimi, yaxşı pul qazana biləcəyimizi dedim. Əmimi evindən gedib götürdüm. Mobil telefonunu özüylə gətirməməsini xahiş etdim. Birlikdə hadisə yerinə gəldik. Orada əmimlə borc məsələsinə görə mübahisə etdik, mənə “ya pulu ver, ya da arvadını” dedi və buna görə dava etdik. Dava zamanı silahı çəkib əvvəlcə onun ayaqlarından vurdum. Sonrasa başından atəş açdım. Alt paltarında basdırdım. Üst paltarlarını isə yandırdım”.

Abdullah K. ifadəsində deyib ki, əmisini ayaqlarından güllələyəndən sonra o, yerə yıxılıb. “Yerdə can verərkən gözlərimin içinə baxıb dedi ki, uşaqlarım sənə əmanət, onlara yaxşı bax” dedi”-o ifadəsində bildirib.
Əmisini gülləyib 8 ay Azərbaycanda gizləndi: Dedi ya borcunu ver, ya arvadını...
“Əmimi basdırdıqdan bir neçə gün sonra oraya getdim. Ətrafda çoxlu sahibsiz itlər vardı.

Cəsədi çıxararlar deyə heyvan sümükləri atdım və bir maşın torpaq tökdüm. Əmimi basdırdığım yer evimdən bir kilometr uzaqdaydı. Azərbaycana gedənə qədər tez-tez ziyarətinə gələrdim, dua edib ağlardım”.

Abdullah K.polisdə ifadə verdikdən sonra məhkəməyə göndəriləcək.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar