Xəbər lenti
Məcburi köçkünlər üçün Bakının bu ərazisində 4 bina tikiləcək
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 3 şirkətlə ümumi dəyəri 11 mln. 812 min 054,22 manat olan satınalma müqaviləsi bağlayıb.
“APA-Economics” xəbər verir ki, fondun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 4 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün elan etdiyi tenderin qalibi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC olub. Fond şirkətlə dəyəri 2 mln. 947 min 692,05 manat olan müqavilə bağlayıb.
Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 3 № yaşayış binasının tikinti işlərinin aparılması üçün “Lanel” MMC ilə 2 mln. 945 min 942,50 manat olan müqavilə bağlayıb.
Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 2 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün “Rabitəinşaat” ASC ilə 2 mln. 969 min 682,22 manat olan müqavilə bağlayıb.
O cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 1 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə 2 mln. 948 min 737,45 manat dəyərində müqavilə imzalanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar