Xəbər lenti
Ekspertlərin iç üzü açıldı... – 3 yaşlı uşağın ölümü ilə bağlı ekspertiza rəyinin saxta olduğu məlum olub
Fevralın 28-də 3 yaşlı Arzu Qurbanlının qusaraq boğulub ölməsi ilə əalqədar açılan cinayət işi ilə bağlı Sumqayıt şəhər məhkəməsinin növbəti iclası keçirilib.
Xəbər verildiyi kimi, məhkəmə araşdırmaları və ekspert rəyləri arasında kifayət qədər ziddiyətlər olduğuna görə təqsirləndirilən şəxsin vəkili tərəfindən rəy vermiş ekspertlərin və Respublikanın Baş Anestezioloqunun məhkəməyə dəvət olunması və bu ziddiyətlərə aydınlıq gətirilməsi barədə vəsadət qaldırılmışdı. Vəsadət təmin olunmuş və həmin şəxslər məhkəmə iclasına çağırılmışlar.
Ekspert qismində dindirilən Azər Dəmirov və Elmira Hüseynova verilən eyni suallara tamamilə fərqli cavablar verərək öz verdikləri rəyi şübhə altına qoymuşlar. Həmçinin mütəxəssis qismində ekspertiza rəy vermiş anestezioloq Ramiz Məmmədov verilən sualları cavablandıraraq ölümün səbəbinin anestezioloji ağırlaşma olmadığını, ölümün eləcə də qusmanın kalipsol preparatı ilə əlaqədar olmadığını, anestezioloq İsmayıl Qənbərovun fəaliyyətində ölümə gətirib çıxara bilən heç bir kənaraçıxma olmadığını, uşağın ölümünün anestezioloji ağırlaşma və İsmayıl həkimin fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını məhkəmə iştirakçılarının nəzərinə çatdırıb. Hakimin və ittihamçı prokurorun "verdiyiniz ifadə ilə imzaladığınız ekspert rəyi tamamilə bir-birinə ziddir, belə olan halda yazılmış rəyi niyə imzalamısınız?" sualına cavab olaraq Ramiz Məmmədov bildirib ki, mən rəylə tanış deyiləm, orada nə yazıldığını da bilmirəm: “Məni Baş Ekspertiza İdarəsinə çağıraraq hazır rəyi təqdim etdilər, dedilər ki, guya bir anestezioloqu nahaqdan günahlandırırlar və biz ona kömək etmək istəyirik. Bu sənədə imza at ki, anestezioloq nahaqdan günahlandırılmasın. Mən onlara inandım, rəylə tanış olmadan qol çəkdim. İndi mənə aydın olur ki, onlar məni aldadıblar”.
Daha sonra Respublikanın Baş Anestezioloqu Aydın Qədirov ifadə verib. Ona çoxlu suallar verillib. Cavabında elmi əsaslarla, təlimatlara istinad edərək məntiqi şəkildə İsmayıl Qənbərovun fəaliyyətində ölümə gətirən halların olmadığını ətraflı izah edib və sübut edib ki, ölüm anestezioloji ağırlaşma nəticəsində deyil, əməliyyatdan sonra xəstənin yedizdirilərək qusması nəticəsində baş vermişdir: “ Burada anestezioloqun heç bir günahı yoxdur”.
Təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov tərəfindən ekspertlərə ünvanlanmış "Məhkəmə qərarında aydın şəkildə göstərilmişdir ki, ekspert rəyinin verilməsi üçün Respublikanın Baş Anestezioloqu Aydın Qədirov dəvət edilsin. Nəyə görə Baş Ekspertiza İdarəsi məhkəmə qərarını kobud şəkildə pozaraq Baş Anestezioloq əvəzinə assistent Ramiz Məmmədovu ekspertiza rəyinə cəlb etmişdir?" sualına ekspertlər cavab verə bilməyiblər.
Bununla da məhkəmə iclası sona çatıb və növbəti iclas mart ayının 7-ə təyin edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar