Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi - Rəsmi

Tarix: 01-03-2018 13:16     Baxış: 3451 A- / A+
Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi - Rəsmi

Daxili İşlər Nazirliyi Şirvanda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. Fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron "Makarov" markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı "Makarov" tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, güllələnmə hadisəsini törətmiş Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur. Xəsarət almış Teyyub Tağıyev isə "Odessa Teyyub" adı ilə tanınır və kriminal dairələrə yaxın olduğu bildirilir.

Saxlanılan Azər Məmmədov haqqında Azərbaycan mətbuatında ilginc iddialar yazılıb. edib. Belə ki, A.Məmmədov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olub. Atası Pirverdi Məmmədov əvvəllər Şirvandakı yağ zavodunun müdiri olub.

Bildirilir ki, bu, Azər Məmmədovun ilk cinayəti deyil. Belə ki, o, əvvəllər kriminal hesablaşmalar fonunda rayonda daş-qum bazarını işlədən və "Çoban" kimi tanınan şəxsi güllələyib. Ağır yaralı halda rayon xəstəxanasına çatdırılan "Çoban"ın həyatını xilas etmək mümkün olub. Daha sonra o, Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika zavodu"nda işləyən Babək adlı şəxsi ölümcül halda döyüb. 2015-ci ildə "Qazel" sürücüsü Rəsul adlı şəxs də "Hacı Azər" tərəfindən güllələnib. İddia edilir ki, Azər Məmmədov rayonda obyektlərdən pul tələb edirmiş. Aylıq haqqı çatdırmayan sahibkarlar onu tərəfindən hədələnirmiş.

"Hacı Azər" kimi tanınan Azər Məmmədovun Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olmuş Kamran Zeynalovun üstünə silah çəkdiyi də yazılır. Şirvanın polis rəisi bundan xəbər tutduqdan sonra "Hacı Azər"in silahı alınaraq atası Priverdi Məmmədova təhvil verilib. Kamran Zeyanlov isə Şamaxıya rəis müavini göndərilib.sonxeber.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar