Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəzərin dibində I Pyotrun batmış gəmilərini axtarırlar -FOTO

Tarix: 03-10-2016 19:54     Baxış: 31 541 A- / A+
Xəzərin dibində I Pyotrun batmış gəmilərini axtarırlar



Rusiya Coğrafiya Cəmiyyəti Xəzər dənizinin dibini tədqiq etmək üçün Dərbəndə ekspedisiya göndərib. Dalğıclar I Pyotr donanmasının batmış gəmilərini axtarır. Təxminən 300 il əvvəl rus imperatoru Fars yürüşünə yollanmış və onun donanması güclü qasırğa nəticəsində çox sayda gəmisini itirmişdi. Alimlər artıq Dərbənd yaxınlığında bir neçə tapıntı aşkarlamağa müvəffəq olublar.

Manevr.az AzərTAc-a istinadla xəbər verir ki, Xəzər dənizinin 10 metr dərinliyində dalğıclar görünüşünə görə gəmi lövbərinə bənzər dəmir əşya tapıb. Tapıldığı yerdə diqqətlə tədqiq olunan lövbərin yaxınlığında həmin donanmaya məxsus ola biləcək taxta gəmi fraqmentləri də aşkarlanıb.

I Pyotr fars və ya Xəzər yürüşünü təxminən 300 il bundan əvvəl, 1722-ci ildə təşkil etmişdi. O vaxt imperatorun şəxsən başçılıq etdiyi yürüşə 200 gəmi cəlb olunmuşdu. Mahiyyət etibarilə bu kampaniya Rusiyanın Qafqazda hərbi iştirakının başlanğıcına çevrilmişdi. I Pyotr yürüş zamanı bir neçə gün Dərbənddə qalmışdı. Lakin Xəzər dənizində başlayan payız qasırğaları və bu səbəbdən onlarla gəminin batması rusların Cənubi Qafqazın içərilərinə doğru hərəkətini yarıda qoymuşdu.

İmperator gəmilərin batdığı yerə dair hazırda bir neçə fərziyyə mövcuddur. Ekspedisiyanın məqsədi də tarixçilərin və yerli sakinlərin verdiyi məlumatları yoxlamaqdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar