Xəbər lenti
Ər-arvad birgə arıqlamağa qərar vermişdi, axırda ayrıldılar
Ər-arvad ortaq dieta edəndən sonra ayrılıb. Buna səbəb kişinin arıqlaya bilməsi, qadınınsa buna nail ola bilməməsi olub.Kişi bildirib ki, onlar arvadı ilə birlikdə həyatlarını dəyişmək istəyiblər. Çünki onların hər ikisinin çəkisi 136 kilo idi və məhz aşırı çəkiyə görə heç yerə gedə bilmirdilər. "Biz məzuniyyətə çıxmır, birgə gəzintiyə getmirdik. Ümumiyyətlə, heç nə etmirdik. Sadəcə hərdən yemək üçün bayıra çıxanda da bütün gün telefonla oynayırdıq".
Manevr.az musavat.com-a istinadən bildirir ki, kişinin sözlərinə görə, onlar gün ərzində üç dəfə yemək hazırlamır, əksinə sifariş edirdilər. Cinsi həyatları isə əvvəllər bir qədər çətin idi, sonradan isə bunu tamamən tərgidiblər. Kişi arıqlama işini ciddiyə aldığı üçün daha çox gəzintiyə çıxıb, idmanla məşğul olub və telefonuna kalorini hesablayan sistem yükləyib. Bir ayda 4.5 kilo arıqlayıb, növbəti aylarda isə uğurlu nəticə özünü göstərib. Amma onun arvadı bir ay idman zalına gedəndən sonra bundan bezib. Bundan sonra isə qadın ərinin arıqladığını görüb, ona düşməncəsinə yanaşmağa başlayıb. Öncə yataqları ayırıb, ardınca isə yoldaşı ilə sms və elektron məktub vasitəsilə ünsiyyət qurmağa başlayıb. Bir günsə ona məktub yazaraq boşanmaq istədiyini deyib.
Məktubda belə deyilirdi: "Sən artıq mənim xoşuma gəlmirsən. Həyatımı səndən kənarda qurmaq istəyirəm. Sən də artıq çəkimə görə mənə istehza edənlərdən birisən".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar