Xəbər lenti
ANS-dən çıxarılan aparıcıya Mirşahin vəzifə verdi -FOTO

Yaxıb günlərdə tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə yeni internet televiziyası faəliyyətə başlayır. REAL TV adlandırılacaq kanalın yayımı üçün texniki işlər başa çatdığı qeyd olunur. Məlumatda o da bildirilir ki, ANS-də çalışmış bir sıra tanınmış simaları REAL TV-də görmək mümkün olacaq. Onların arasında uzun müddət ANS telekanalında çalışan, hazırda "Azərxalça"nın mətbuat xidmətinin rəhbəri olan Ləman Ələşrəfqızının da adı çəkilir.
L.Ələşrəfqızı modern.az-a faktı təsdiqləyib:
"Mənə təklif gəlib və mən həmin televiziyaya gedirəm. Mən jurnalistikaya bağlıyam, jurnalistika üçün darıxıram. Mətbuat katibliyində özümü tapa bilmədim. Təki işlərimiz "REAL"laşsın. Hər şey qaydasında olacağı təqdirdə tamaşaçılarımız bizi yenidən görə biləcəklər".
L.Ələşrəfqızı deyib ki, REAL TV-yə getdiyinə görə "Azərxalça"dakı işindən ayrılacaq.+
Jurnalist yeni internet televiziyasının nə vaxt fəaliyyətə başlayacağı barədə məlumat verməyib.
***
ANS telekanalı Əməkdar jurnalist Ləman Ələşrəfqızının işdən çıxmasına münasibət bildirmişdi. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov bildirmişdi ki, Ləman Ələşrəfqızı işdən çıxmayıb: "Ləman işdən çıxmayıb, onu işdən çıxardıblar. Bunlar tam fərqli məsələlərdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar