Xəbər lenti
Sabah özümü Prezident Aparatının qarşısında yandıracağam - Bakı sakini
Bakı sakini Rəna Verdiyeva sabah səhər saat 09:30-da Prezident Aparatının qarşısında üzləşdiyi haqsızlığa etiraz məqsədi ilə bu addımı atacağını bildirib.
Manevr.az Yeniavaz.com saytına istinadan Rəna Verdiyeva redaksiyaya zəng vuraraq, üzləşdiyi dələduzluğa etiraz olaraq özünü yandıracağını bildirib.
R. Verdiyeva hadisənin təfərrüatlarını belə nəql edib: "Mən keçmiş rəfiqəmin vasitəsi ilə Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovla tanış oldum. Tovuz rayonunda mağazaları var idi. Mənə təklif elədi ki, gəl, səninlə iş quraq, mağaza açaq. Həmin vaxt mənim yoldaşım metroda qazmaçı işləyirdi. Dedi "mağaza açaq, yoldaşında bizimlə işləsin. Bildirdilər ki, birinci bizimlə işləsin, ondan sonra mağazaları ayırarıq. Mən də razılaşdım və bu qadına 150 min pul verdim. Onlara mənə sən demə, başqasının mağazasını təqdim elədilər ki, budur mağazamız, bu malları gətirmişik, "Kinq" şirkətindən məhsullar götürmüşük. Abel Məhərrəmovun, Ədliyyə nazirinin müavini Rauf Məhərrəmovun qardaşı oğlu Amur Məhərrəmovun adını çəkdilər, dedilər ki, o da distirbütordur. Təkidlə dedilər ki, narahat olma, biz bir yerdə işləyəcəyik. Onlara inanıb istənilən pulu vedim. Sən demə, bunlar hamısı yalan imiş və onlar Amur Məhərrəmovla əlbir olaraq bu addımı atıblar. Deyiblər ki, bu pulu ələ keçirin, mağazamızı təqdim edin, narahat olmayın, arxanızda duracağıq. Mən bir neçə dəfə mağazaya gedib-gəldim və ortaya çıxdı ki, bu qadın və oğlu dələduz imiş.
Mən Daxili İşlər Nazirliyinə müraciət etdim və müraciətim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərildi. Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlandı. Sonra həmin qadın həbs olundu və 1 il 3 ay həbsdə yatdı. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov onlardan külli miqdarda pul alaraq mənim və şahidlərimin istintaq zamanı verdiyimiz ifadəni saxtalaşdırıb, onlara bəraət verərək azadlığa buraxdı.
Mənim şahidlərimin notaiusda təsdiqlənmiş ifadələri var. Onlar Prezidentə də məktub yazıblar. Bildiriblər ki, Ağır Cinayətlər Məhkəməsində verilən ifadələr bizə məxsus deyil. Biz istintaqda hansı ifadəni vermişiksə, onu da təsdiq edirik. Apellyasiya Məhkəməsinə müraciət etdim və hazırda iş hakim Rizvan Səfərovdadır. Rizvan Səfərov və İman Nağıyev işə baxmırlar. Dəfələrlə Ədliyyə Nazirliyinə, Hüquq Şurasına müraciət etdim, ancaq bir nəticəsi olmadı. Mənim başqa əlacım yoxdur. Ona görə də mən sabah saat 10-un yarısında Prezident Aparatının qarşısında Prezidentə müraciət edib, özümü yandıracağam. Evimi satıb 2 körpə uşaqla küçələrdə qalmışam, həyat yoldaşım məndən ayrılıb. Dəymiş zərərin ödənməsini, haqq-ədalətin bərpa olunmasını tələb edirəm - bu qadın hansı əsasla azadlığa buraxılıb, necə buraxılıb? Şahidlərim bu gün də mənim dediklərimi təsdiqləyirlər və təsdiqləməyə də hazırdılar. Ancaq baxan yoxdur. Odur ki, özümü yandıracağam".
Qeyd edək ki, biz Rəna Verdiyevaya özünü yandırmağın doğru bir seçim olmadığını bildirdik və onu bu addımdan çəkindirməyə çalışdıq. Təklif etdik ki, redaksiyamıza gəlsin və videoçəkiliş edək və problemini ictimailəşdirək. Ancaq R. Verdiyeva bu təkliflə razılaşmadı.
Biz də onu bu addımdan çəkindirmək məqsədi ilə DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat verdik.
Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini də işıqlandırmağa hazırıq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar