Xəbər lenti
Qənirə Paşayeva Kastamonu Universitetinin fəxri doktoru oldu
Xocalı soyqırımı ilə bağlı konfransvermək üçün Kastamonuda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevaya universite ttərəfindən fəxri doktorluq təqdim olunub. Tədbirdə çıxış edən universitetin rektoru Prof.Dr. Seyid Aydın Q.Paşayevanın Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi, Türk dünyasının birliyi istiqamətində fəaliyyətlərindən danışaraq onu universitetin senatının qərarı ilə fəxri doktor adına layiq gördüklərini deyib.
Yüksək etimad üçün univerditetin rəhbərliyinə, senat üzvlərinə və bütün ziyalılara təşəkkürünü bildirən Q.Paşayeva bundan sonra da hər zaman çalışacağını deyib.
Millət vəkili Q. Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydınla ayrıca görüş də keçiriblər.
Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri,professor Rəna Mirzəzədənin də iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan tələbələrlə bağlı müzakirələr olub.
Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub.
Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib.
O, rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib.
Qənirə Paşayeva Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib.
Millət vəkili həmçinin Kastamonuda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. O, Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar