Xəbər lenti
Azərbaycan təhsilində növbəti biabırçılıq - FOTOFAKT
Övladına dərslərini həll etməkdə köməklik göstərən valideyn kitabda gördüklərindən sözün həqiqi mənasında şoka düşüb.
Bu barədə Asif Tağı adlı valideyn özü məlumat verib. Bildirib ki, bu gün uşağına dərslərini hazırlamaqda köməklik göstərərkən 13-cü çalışma onun diqqətini cəlb edib.
"Diqqətlə baxsanız, siz də görərsiniz ki, 1-ci sinif şagirdinin beyninə Ermənistanın bayrağını yeritməyə çalışırlar".
Redaktor qeydi: Misaldakı Barqrat Seymur ifadəsi də ağıllara müəyyən şübhələr gətirir...
Məsələyə münasibət öyrənmək üçün təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq. Ekspert qeyd etdi ki, bu bayraq Ermənistanın yox, qondarma Dağlıq Qarabağ respublikasının bayrağıdır. Onun sözlərinə görə, belə problemlər yaranmasının başlıca səbəbi dərslik çapına nəzarətin olmamasıdır.
"Azərbaycanda senzura ləğv olunduqdan sonra hər kəs pul qarşılığında istədiyi vəsaiti, dərsliyi, kitabı çap etməyə başladı. Əvvəllər sadə bir məqalə belə müəyyən edilmiş komissiya tərəfindən yoxlanıldıqdan sonra çap olunurdu. Burada onun milli dəyərlərimizə, adət-ənənələrimizə uyğun olub-olmadığı, əsasən də oxucu kütləsinə psixoloji təsir göstərməyəcəyi təqdirdə həmin vəsaitlər çap olunurdu. Lakin hazırda hər kəs kompüterin qarşısında oturaraq, beyninə gələn məhsulu yazıb, pulunu verir və nəşr etdirir. Bu da onu göstərir ki, mütləq şəkildə Dövlət İmtahan Mərkəzi yanında "Dərslik" komitəsi yaradılmalı, dərsliklər, elmi kitablar, vəsaitlər, jurnallar çap olunanda, pillələr, fənlər üzrə burada fəaliyyət göstərən komissiyalar və onların rəyi alındıqdan sonra vəsaitlər nəşr olunmalıdır. Bu zaman biz də məsuliyyətin kimdə olduğunu biləcəyik. Buna görə də xüsusi şəxslər kitab buraxmaq hüququna malik olmalıdır. Hal-hazırda hər kəs kitab buraxır. Nəticədə də dərsliklərdə rast gəldiyimiz bu cür problemlər olduqda insanlar elə fikirləşir ki, erməni lobbisi gör necə güclüdür ki, bizim dərsliklərimizə belə qarışa bilir. Əslində isə bunlar kiminsə təcrübəsizliyindən və diqqətsizliyindən ortaya çıxır. Müəllifin fikrindən nə isə yayına bilər, amma nəşriyyatın korrektoru, redaktoru diqqətli olmalıdır. Əfsuslar olsun ki, bizim nəşriyyatlar hazırda pulunu verən hər kəsin kitabını nəşr edirlər. Amma bu, belə olmalı deyil".
Kamran Əsədov qeyd etdi ki, adətən bu tip dərsliklərdə nə müəllifin, nə nəşriyyatın, nə də redaktorun adı olmur. Buna görə də ölkədə "Dərslik" komitəsi, qurumu yaradılmasa, biz daha ciddi fəsadlarla qarşılaşa bilərik:
"Qeyd etdiyiniz dərslik barədə onu deyə bilərəm ki, bu, alternativ dərslik deyil. Bu, sadəcə sərbəst iş üçün nəşr olunmuş kitabçadır. İstənilən halda, bütün bunlara Təhsil Nazirliyi cavabdeh olmalıdır. Təhsil haqqında qanunda göstərildiyi kimi, ölkədə təhsil siyasətini həyata keçirən qurum Təhsil Nazirliyidir, amma bunun forması qanunda göstərilməyib. Ölkədə təhsilin bütün pillələri ilə bağlı yeniliklərin hamısı həmin qurumla bağlıdır. Buna görə də mütləq şəkildə ölkədə bütün vəsaitlərin nəşrində Təhsil Nazirliyinin rəyi olmalıdır".
Daha sonra ekspert bizə orta məktəblərdə tədris edilən 1-ci sinif riyaziyyat kitabının 110-cu səhifəsinin fotosunu təqdim etdi. Məlum oldu ki, qalmaqallı kitabla dərslikdəki səhifələr tamamilə fərqlilik təşkil edir.goldnews.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar