Xəbər lenti
18 günlük körpəni məhkəmədə qoyub getdi-BAKIDA BİABIRÇILIQ
”Zaman Press” qəzetinin baş redaktoru olmuş Gündüz Hüseynov rəhbərlik etdiyi qəzetin vəsiqəsini müxtəlif peşə sahiblərinə paylamaqda, həmin adamların bir neçəsinə jurnalistlər üçün tikilən binada ev verdirmək vədi ilə onlardan pul alıb aldatmaqda günahlandırılır. Fevralın 27-də onun məhkəməsində maraqlı hadisə baş verib.
Gündüz Hüseynovun həyat yoldaşı YeganəHüseynova qucağında 18 günlük körpəsi ilə məhkəmə zalına daxil olub. O, yazdığı ərizəni məhkəmənin qəbul etməsini istəyib. Əks təqdirdə, uşağı məhkəmə zalına qoyub gedəcək.
Qadın dediyi kimi də eləyib. Gündüz Hüseynovun işini araşdıran hakim Eldar İsmayılov bunu məhkəməyə təzyiq kimi qiymətləndirib.
Məhkəmə nəzarətçiləri Yeganə Hüseynovanı geri qaytara bilib və o, uşağı götürüb gedib.
Məhkəmədə həmçinin Xəyyam İsmayılov dindirilib. O bildirib ki, atası ev almaq üçün Gündüz Hüdeynova 14 min 500 manat pul verib. Atası dünyasını dəyişdiyindən indi özü zərərçəkmişin hüquqi varisi qismində iştirak edir.
Məhkəmədə məlum olub ki, Xəyyam İsmayılov müğənnidir. Amma o, həm də”Zaman Press” qəzetinin vəsiqəsini daşıyırmış: “Həvəsim var idi. Həftədə bir dəfəqəzet çıxanda gedirdim, hərf səhvlərinə baxırdım”.
Gündüz Hüseynov isə onun qəzetdə çalışdığını bildirib: “Yolda polis saxlayanda zəng eləyirdi. Dəfələrlə onu buraxdırmışam”.
İttihama görə, Gündüz Hüseynov jurnalistlərin binasında ev verdirmək adı ilə adamlara 200 min manata yaxın ziyan vurub.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar