Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı əlili və ailəsini Fransada həbs etdilər

Tarix: 27-02-2018 08:29     Baxış: 3230 A- / A+
Azərbaycanlı əlili və ailəsini Fransada həbs etdilər

Altı nəfərdən ibarət azərbaycanlı ailə Fransada ev dustaqlığındadır. Bu barədə yerli oust-france.fr nəşri yazıb.

“Rəşad Əliyev hər gün Anje şəhərinin polis məntəqəsində qeydiyyatdan keçməlidir, - mənbə yazır. – O və ailəsi Fransada sığınacaq almaq istəyirlər. Rəşad polis məntəqəsinin pilləkənlərini çətinliklə qalxır. O, 6 yaşından epilepsiyadan əziyyət çəkir. Fransada onunla birlikdə valideynləri, bacısı, qardaşı və gəlini yaşayır. Yanvarın 20-dən ailə ev dustaqlığındadır. Hər gün saat 15:00-da onlar polis məntəqəsində olmalıdırlar. Bu, hər an epilepsiya tutması baş verə biləcək Rəşad üçün əsl sınaqdır”.

“Ailə nəzarət altındadır, dövlət istənilən an onların deportasiyası barədə qərar verə bilər”, - qaçqınların hüquqları uğrunda mübarizə aparan “SOS Migrants 49” təşkilatının təmsilçisi bildirir.

Rəşad və ailəsi Azərbaycanı ötən ilin yayında tərk ediblər. Lakin noyabrda barmaq izləri götürülən zaman məlum olub ki, ailə Avropa İttifaqına İtaliya ərazisindən daxil olub və Dublin reqlamentinə əsasən, həmin ölkəyə geri göndərilməlidir.

Fransanın dövlət idarələri ailəni İtaliyaya təhvil vermək istəsələr də, Əliyevlər bu ölkəyə qayıtmaq istəmirlər. Anlayırlar ki, İtaliyaya mövcud qaçqın axınında orada sığınacaq almaq şansları minimaldır.

“Biz bu ailə və xüsusən də, məhdud fiziki imkanlara malik Rəşada qarşı qeyri-insanı davranışı qınayırıq. İnsanların problemlərinə fərdi yanaşma yoxdur. Bütün hallara eyni baxış bucağından baxılır”, - humanitar təşkilatda deyiblər.

Ailənin vəkili məhkəməyə müraciət edərək İtaliyaya qaytarılma prosedurunun ləğv edilməsinə çalışsa da, məhkəmə bu iddianı təmin etməyib. Lakin mübarizə davam edir.

Rəşada icazə verilib ki, polis məntəqəsinə hər gün deyil, həftədə bir dəfə gəlsin, lakin vəkil bunla razı deyil. “Onunla birlikdə anasına da icazə verilməlidir ki, həftədə bir dəfə gəlsin, çünki Rəşad evdə tək qalmamalıdır”, - ailəni məhkəmədə təmsil edən və ümidlərinmi itirməyən vəkil bildirib. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar