Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Banka borcu olan qadın 102-yə zəng: Özümü metroda qatarın altına atacam

Tarix: 27-02-2018 05:29     Baxış: 2321 A- / A+
Banka borcu olan qadın 102-yə zəng: Özümü metroda qatarın altına atacam

Polisə zəng edərək kredit borclarına görə intihar etməyə hazırlaşdığını bildirənRamella İbrahimxəlilova saxlanılıb.

Bakıda baş verən bu hadisəni bank özbaşınalığı, yaxud xoşagəlməz insident adlandırmaq olar. Bank öz müştərisini o həddə çatdırıb ki, o, intihara əl atmaq məcburiyyətində qalıb.

Bu barədə paytaxtın Xətai rayonunun hüquq-mühafizə orqanları məlumat verib.

Məlum olduğu kimi, fevralın 22-də bir qadın "102" xidmətinə zəng vuraraq özünü "28 May" metrostansiyasında qatarın altına atacağını deyib. Polis əməliyyatçıları Bakı metropolitenində müvafiq tədbir həyata keçiriblər və məlum olub ki, onlara zəng edən 1968-ci il təvəllüdlü Hüseynova Rəqibə Canəli qızıdır.

O da məlum olub ki, qadınla bağlı Xətai rayon polisi axtarış elan edib. Çünki o, banka 5 min manat borcludur.

Polis əməkdaşları Hüseynovanı saxlayaraq Xətai rayon istintaq orqanlarına təhvil veriblər. İlkin məlumatlara görə, intihar etmək cəhdi qadının ağlına bank və kollektor tərəfindən təzyiqlərə məruz qalandan sonra gəlib. Polis bankın adını açıqlamır. Çünki hazırda faktla bağlı araşdırma gedir.

Daha əvvəl də Azərbaycanda 500-dək intihar faktı qeydə alınır. Son illərdə bu göstərici 430-550 fakt arasında dəyişir.

İntiharların müxtəlif səbəbləri var. Amma son zamanlar bank borcları səbəbindən baş verən intiharların sayı artıb. Vəkil Əkrəm Həsənovun bildirdiyinə görə, 2016-cı ildə ona bank və kollektorlarla bağlı 5 mindən artıq şikayət daxil olub. Onlardan 500-ə qədər şəxs etiraf edib ki, bankların və kollektorların əlindən intihar etməyi düşünür. Onun sözlərinə görə, Azərbaycanda fiziki şəxslərə istehlak kreditləri verən bankların hamısı borcların geri qaytarılması üçün kollektor xidmətindən istifadə edir.

Böyük banklardan birinin kollektorun köməyi ilə borclarını yığdığı məlumdur. Kollektorların özbaşınalığı 2017-ci ilin iyununda Bakı şəhərinin Nəsimi rayonunda da qeydə alınıb. Xaçmaz rayon sakinini banka olan bir neçə yüz manatı qaytarmayana qədər girov saxlayacaqları ilə hədələyiblər.

Məlum olub ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsinə Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Sadiqi Bəhruz Nazim oğlu müraciət edib. O bildirib ki, onun Unibanka 637 manat borcu olub. İyunun 19-da saat 10:40-da onu Mir Cəlal küçəsi, 18 ünvanında yerləşən Bakı Kollektor Agentliyinə çağırıblar. Orada agentliyin işçiləri onun mobil telefonunu götürüblər və bildiriblər ki, o, banka olan kredit borcunu qaytarana qədər onu girov saxlayacaqlar. Sonra isə onu polisə verəcək və dəmir barmaqlıqlar arasına atdıracaqlar. Kollektorlar Sadiqini tələb olunan vəsaiti tapmaq üçün buraxıblar. Kişi dərhal baş verən hadisə ilə bağlı polisə məlumat verib.
Banka borcu olan qadın 102-yə zəng: Özümü metroda qatarın altına atacam

2017-ci il mayın 24-də Bank Respublikanın Azneft meydanındakı filialı qarşısında 64 yaşlı Ramiz Manafov özünü yandırmışdı. Kişi üzərinə benzin tökərək özünü yandırıb. Filialın əməkdaşları yanğınsöndürən balonun köməyi ilə kişinin tamam yanmasının qarşısını alıblar. Manafov xəstəxanada etiraf edib ki, bu yolla bankın onun böyük pul borcunun yarandığı barədə qərarına etiraz edib.

Bankın qarşısında özünü yandıran şəxsdən xəbər var
Manafovun yaxınlarının sözlərinə görə, bank işçiləri onu borcun əvəzində evini əlindən almaqla təhdid ediblər. Hüquq-mühafizə orqanları bildiriblər ki, son illərdə Azərbaycan bankları borcluları kreditləri ödəməyə məcbur etmək üçün kollektorların xidmətindən istifadə etməyə başlayıb. Ola bilsin, Manafov da kollektorların təzyiqinin qurbanı olub.

Bütün bu faktlar göstərir ki, həyəcan təbili çalmağın və bankların özbaşınalığının qarşını almağın vaxtı çoxdan çatıb.

Banklar müştərilərə kreditləri ödətmək üçün ifrat tədbirlərə əl atırlar. Vaxt vardı, banklar müştərinin krediti qaytarmaq imkanına malik olub-olmadığına diqqət yetirmədən, kreditləri paylayırdı. Hazırda ölkə bankları ən ağır dövrlərini yaşayırlar və ona görə də borcları kriminal üsullarla geri qaytarmağa çalışırlar. azinforum.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar