Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sahil” metrostansiyasının açılacağı tarix bəlli oldu

Tarix: 26-02-2018 17:53     Baxış: 3222 A- / A+
“Sahil” metrostansiyasının açılacağı tarix bəlli oldu


2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil” stansiyası bu il iyulun 1-də təhvil veriləcək.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda eskalatorların quraşdırılması davam etdirilir:

"Yaxın vaxtlarda Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli eskalatorlarının dördünün də quraşdırılması başa çatdırılacaq. Eyni zamanda, stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Qatar yolunun bir hissəsində tavandakı işlər tamamlanıb, divardakı örtüklər quraşdırılır”.

"Sahil” stansiyası təhvil verildikdən sonra "Xətai” stansiyasında yenidənqurma işlərinə start veriləcəyi barədəd xəbərərə gəldikdə, N.Paşayev bu barədə məlumatlı olmadığını söyləyib.

N.Paşayevin sözlərinə görə, "Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar