Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tələbələrə şad xəbər

Tarix: 24-02-2018 14:30     Baxış: 3381 A- / A+
Tələbələrə şad xəbər

"Artıq xeyli vaxtdır ki, cəmiyyətdə təhsil kreditləri ilə bağlı məsələ gündəmdədir. Bununla bağlı parlamentdə də müəyyən təkliflər irəli sürülüb. Milli Məclisin Elm və təhsil komitəsi də belə bir layihənin hazırlanması üçün dünya təcrübəsini öyrənməyi, ölkə reallığını nəzərə alaraq, perspektivdə "Təhsil kreditləri haqqında" qanun layihəsini hazırlamağı nəzərdə tutur. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına töhfə verə biləcək".

Bunu modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Komitə sədri bildirib ki, yeni hazırlanacaq "Təhsil kreditləri haqqında" qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək.

"Yeni qanun layihəsində ehtiyacı olan tələbələrə təhsil, kirayə, yataqxana haqqını ödəmək üçün lazım olan təhsil kreditlərinin verilməsi məsələsi öz əksini tapacaq. Daha sonra isə bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar