Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənovun nəvəsi yaşıllığı məhv edib

Tarix: 24-02-2018 09:27     Baxış: 3475 A- / A+
Əli Həsənovun nəvəsi  yaşıllığı məhv edib
Son illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir. Belə şəhərlərdən biri də Sumqayıtdı. 2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı. Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. Binalar əsaslı şəkildə təmir edilir. Yüzlərlə yaşayış binalarının zirzəmilərindən çirkab sular təmizlənib.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev son illər Sumqayıtda olarkən görülən işləri təqdir edib, abadlıq işlərini yüksək qiymətləndirib, şəhər rəhbərliyinə gördükləri işlərə görə təşəkkür edib.
Əli Həsənovun nəvəsi  yaşıllığı məhv edib
Təəssüf ki, bəzən yaxşı işləri gözdən salan əməllər də olur. Bu da görülən müsbət işlərə kölgə salır. Fevralın 23-də Musavat.com-a Sumqayıt sakinlərindən şikayət daxil olub. Sakinlərin dediyinə görə, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. Bildirilir ki, 50-dən artıq şam ağazı kəsilib. Şəhər sakinləri deyirlər ki, bu ağacların yaşı çoxdur, Sovet dövründə əkilib.

Yaşıllığı məhv edən şəxslərin kimliyi üzə çıxıb. Yaşıllıqları məhv edən və yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludu. Bu soyad oxucuya tanış gəlirmi? İlk baxışda xeyir! Amma Emil Həsənli baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidi. O da məlum olub ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Təsəvvür edin, yaşıllığa məsul olan şəxsin yaxın qohumu on illərlə yaşı olan ağacları kəsib, məhv edir.
Əli Həsənovun nəvəsi  yaşıllığı məhv edib
Deyilənə görə, E.Həsənlinin atası hüquq mühafizə orqanlarında yüksək vəzifə tutur. Məsələ ilə bağlı aidiyyatı idarələrin mövqeyini öyrənməyə çalışırıq.
Son anda musavat.com-a daxil olan məlumata görə, artıq faktla bağlı hüquq mühafizə orqanları araşdırmalara başlayıb.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar