Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq təhsil naziri: Evdar qadın pensiyası alıram

Tarix: 23-02-2018 22:31     Baxış: 2383 A- / A+
Sabiq təhsil naziri: Evdar qadın pensiyası alıram

Sabiq təhsil naziri, professor Firudin Cəlilovun sözlərinə görə, ilk illərdə aldığı pensiyanın məbləği 150-160 manat olub:

“Arada 10-20 manat artırırlar, dəqiq bilmirəm indi nə qədərdi. Pensiyamı kartla Fəridə xanım (həyat yoldaşı) gedib alır, xəbərim yoxdur. Mən məhkəməyə müraciət etdim ki, 5 il parlamentdən maaş alımışam, 30 ildir müəlliməm, professor kimi işdən ayrılmışam. Əsas istəyim o idi ki, mənə millət vəkili təqaüdü verilsin. Çünki, işləmişəm də, niyə vermirsiz? Yuxarıdan tapşırıblar. Məhkəmələrdə son qərarı oxuyanda üzümə baxmağa utanırlar, qərarı oxuyub qaçırlar. Yuxarıdan sifariş gəlib ki, belə qərar verilməlidir”.

Sabiq təhsil naziri məhkəmələrin bu qərarları ilə bağlı ədliyyə naziri ilə də danışdığını bildiridi: “Dedim ki, Fikrət müəllim, bu məhkəmə sisteminə niyə nəzarət etmirsiz? Siz məhkəmə şurasının sədrisiniz. Deyir ki, Firudin bəy, mənim məhkəmələrə zəng etmək səlahiyyətim yoxdur. Dedim ki, əsas qanunun işləməsini təmin edin, qanunu pozmasınlar, zənglə qərar çıxarmasınlar”.

Professor Firudin Cəlilov saytımıza açıqlamasında televiziya kanallarımız haqqında da danışıb. Bildirib ki, ümumiyyətlə televiziyaya baxmır: “Bizim kanallar dəhşətdi. Ümumiyyətlə, 10-15 ildir kanallarımıza baxmıram. Ziyalını televiziyaya buraxmırlar. Məni nə vaxt AZTV-yə və ya başqa kanala çağırdılar, getmədim? 30 ildir deyirəm bunları. Bilirsiniz, televiziyalarda bir qara, bir də ağ siyahı var. Məsələn, siyasətdən söhbət olanda “qara siyahı”dakıları yaxın buraxmırlar, “ağ siyahı”dan çağırırlar. Amma “ağ siyahıdakı”ların da səviyyəsi yoxdur. Heç görmüsüz, hansısa kanalda bir alimimizi tanıdalar? Amma bəzən olur, həmin alimləri göstərirlər ki, dədəsi hökümətlə bağlıdır, qohumluq əlaqələrinə görə mümkün olur. Bizim televiziya verilişlərimiz bərbaddır. Ona görə, baxmıram. İnanmıram ki, bizim camaatın çoxu televiziyaya baxır. Qadınlarımız Türkiyə seriallarına, kişilərimiz də Türkiyə və Rusiya kanallarına baxırlar”.yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar