Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Arvadını və 5 uşağını götürüb rayona yasa getdi - qaçırdığı maşınla

Tarix: 23-02-2018 12:34     Baxış: 3309 A- / A+
Arvadını və 5 uşağını götürüb rayona yasa getdi - qaçırdığı maşınla
Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması hadisəsi baş verib.
Manevr.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə "102" Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus "VAZ-21099" markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman avtomobili qaçıranın arvadı və 5 övladı da maşında olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub. Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçırıb, ailə üzvlərini də götürüb, Salyan rayonuna, hüzr yerinə yollanıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar