Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Vaqif Əsədov azyaşlının həyatını riskə atan Abbas Bağırov barədə: Cəzalanacaq

Tarix: 23-02-2018 04:49     Baxış: 2477 A- / A+
Vaqif Əsədov azyaşlının həyatını riskə atan Abbas Bağırov barədə: Cəzalanacaq

Əməkdar artist Abbas Bağırovun qanuna zidd olaraq azyaşlını qabaq oturacaqda əyləşdirərək (üstəlik, kəmər bağlamadan – red.) videosu yayılıb.

Bu görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Hər kəs Abbası buna görə kəskin tənqid edib. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun hadisəyə münasibəti belə olub:

“Mən bu məsələni araşdıracam. Azyaşlının xüsusi oturacaq olmadan avtomobilin qabaq oturacağında əyləşməsi inzibati xətadır. Qəfildən əyləcə basıldığı zaman uşağın alnı şüşəyə dəyər və ağır xəsarətlə nəticələnə bilər.

Mən o videogörüntünü nəzərdən keçirəcəm. Əgər deyildiyi kimi, belə bir inzibati xətaya yol verilibsə, məsələ araşdırılacaq, həmin şəxs kimliyindən asılı olmayaraq, qanun qarşısında cəzalandırılacaq”. V.Əsədov son vaxtlar bu cür hadisələrə tez-tez rast gəlindiyini bildirib:

“Bu yaxınlarda bir hadisənin şahidi oldum, musiqiçi əlini sükandan çəkərək klarnet çalırdı. Kəmər bağlamayan, yanında uşaq otuzduran insanlar hələ bir bunu çəkib, sosial şəbəkədə də paylaşırlar”.yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar