Xəbər lenti
İtkin düşən alpinistlərimizin üzərinə qar uçqunu düşüb

İtkin düşən alpinistlərin tapılmaması düzgün qurulmayan işin nəticəsidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu işi bacara bilmədilər. Hadisə burada baş versəydi, o axtarışa çıxan əməkdaşlar rəsmi olaraq hesabat verməli idilər. Dronlarla ilk gündən axtarış olmalıydı.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Hallar Nazirliyində işləyən azərbaycanlı xanım Fidan İsmixanova deyib. Alpinistlərin bu günə qədər tapılmamasının səbəbindən danışan İsmixanova hesab edir ki, Azərbaycanda dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər:
"Ya o ərazinin planını bilmirlər və ya xüsusi plan xəritəsi çıxara bilməyiblər. Düzgün axtarış təyin olmayıbsa, nəticə müsbət ola bilməz. Çox güman ki, alpinistlərin üzərinə qar uçqunu düşüb. O uçqunu müəyyən edən dağçılar olmalıdır. Çox səbəb var. Mən orada olmadığım üçün tam deyə bilmirəm. Buradan mühakimə etmək ədalətsiz qərar olar. Amma mütləq bir qeyri-peşəkarlıq var. Bunun üçün də Azərbaycanın FHN işçiləri dağ təlimi almalıdırlar".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Bu günə qədər onlarla bağlı heç bir iz tapılmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar