Xəbər lenti
Metroda tibb məntəqəsi açıla bilər? - AÇIQLAMA
Əhalinin ən çox istifadə etdiyi ictimai nəqliyyat növlərindən biri olan metroda tez-tez sıxlıq müşahidə edilir. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur. Nəticədə xoşagəlməz hadisələr baş verir – halı pisləşən, ürəyi gedən... Adətən belə məqamlarda Təcili Tibbi Yardım (TTY) əməkdaşları gələnə qədər sərnişinlər özləri halı pisləşən insana müdaxilə etməli olurlar. Əraziyə TTY əməkdaşlarının gəlməsi də bəzən xeyli vaxt aparır. Vəziyyətdən narahat olan bəzi sərnişinlər metro stansiyalarında tibb məntəqəsinin açılması məsələsini qaldırıblar.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev bildirib ki, metro stansiyalarında tibb məntəqəsinin açılması xüsusi lisenziya tələb edir:
“Şəxsən mənə də maraqlıdır, dünyanın hansı metropolitenində tibb məntəqələri var? Metro avtobus, tralleybus, tramvay kimi ictimai nəqliyyat növlərindən biridir. Yəni metropolitenin əsas funksiyası sərnişindaşımadır. Tibb məntəqəsi isə xüsusi lisenziya tələb edən bir sahədir. Belə olmasaydı, hər istəyən bir tibb məntəqəsi açardı. Metro işçisi qatar sürür, yol göstərir, eskalator düzəldir, şpal dəyişir və sairə. Tibb məntəqəsi açmaq və oraya tibb işçiləri götürmək Metropolitenin səlahiyyətində deyil. Metropoliten ərazisində də kimin ehtiyacı varsa, əməkdaşlarımız tərəfindən TTY çağırılır. Metropolitenin TTY baş idarəsilə birbaşa rabitə əlaqəsi də var. Gec gəlir və ya gəlmir, bu başqa məsələdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar