Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar müəllim, fəlsəfə doktoru HƏBS EDİLDİ

Tarix: 19-02-2018 16:01     Baxış: 2545 A- / A+
Əməkdar müəllim, fəlsəfə doktoru HƏBS EDİLDİ


Bakıda dələduzluqda təqsirləndirilən Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

Qeyd edək ki, prokuror Nuriyyə Ağayevanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.

Belə ki, Nuriyyə Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyini vəd edib.

Bundan başqa, o, Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.

Nuriyyə Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

Qeyd edək ki, Nuriyyə Ağayeva filologiya üzrə fəlsəfə doktorudur, əməkdar müəllim fəxri adına layiq görülüb./axar.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar