Xəbər lenti
Pensiyaçılara mühüm xəbər - Bundan sonra...
"Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edilməsi ilə bağlı qərarı bütün növ təqaüd almaq istəyən şəxslərin o cümlədən pensiya alamq üçün müraciət edən şəxslərin işini asanlaşdıracaq".
Bu sözləri sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu qərarla bütün növ təqaüdlər eləcə də ünvanlı sosial yardımın müraciət formasının təkmilləşdirilməsi nəzərdə tutulur. Əvvəlki dövrlərdə sosial müavinətlər üçün müraciət zamanı yalnız onların müraciəti tələb olunurdu. Yeni qaydalara əsasən müraciətlə yanaşı məlumatların işlənməsi saxlanması və daxil edilir. Eyni zamanda müraciətin daha tez baxılıb qərar verilməsi üçün digər dövlət qurumlarındakı məlumatlar inteqrasiya olunacaq. O cümlədən Daxili İşlər Nazirliyi və digər qurumların elektron bazasının inteqrasiyası həyata keçiriləcək.
"Bu baxımdan qərarın üstünlüyü ondan ibarətdir ki, müraciətlərin asanlaşdırılması və qısa zamanda onlara baxılması və məlumatların saxlanmasına şərait yaradacaq. Bu daha qısa zamanda müraciətlərlə bağlı qərarların verilmə müddətinin azalmasına səbəb olacaq. Nazirlər Kabinetinin bu qərarı proseduraların sadələşdirilməsi baxımından vacibdir. Nəticə etibarilə biz bundan sonra qərarların, proseslərin sadələşdirilməsini müşahidə edəcəyik".
Elspert əlavə edib ki, təqaüdə çıxan şəxslər tərəfindən edilən müraciətlərə baxış qaydası elktronlaşdırıldığından bütün növ təqaüd alanların eləcə də pensiya almaq üçün müraiciət edən şəxslərin həm prosedurun aparılması, həm də yekun qərar verilməsi az vaxt aparacaq.
Qeyd edək ki, Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən bu Qaydalar sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərlə bərabər bundan sonra sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılmasını da əhatə edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar