Xəbər lenti
Qaşlar nə üçündür? - Ağlınıza gəlməyən FUNKSİYALARI var
Qaşlarımızın bizə nə üçün verildiyi ilə bağlı çox az düşünürük. Məsələn, burnumuzun, gözlərimizin funksiyaları bizə məlumdur. Bəs qaşlarımız?
Manevr.az xəbər verir ki, qaşlarımızın estetik və fizioloji funksiyaları var. İnsana estetik gözəllik verən qaşların əsas fizioloji funksiyası gözlərimizi alnımızdan axan tər, yağış damlalarından qorumaqdır.
Fərqli dövrlərdə müxtəlif ölkələrdə qaşa olan münasibət də dəyişib.
Məsələn, renessans dövründə qaşın olması heç gözəl sayılmırdı və insanlar qaşlarını tamamilə alırdılar.
Qədim Misirdə də qaşlar tamamilə alınırdı, yerinəsə gicgaha qədər çatan süni qaş çəkilirdi.
Qədim asiyalılar qalın qaşları olanlara qibtə edir, qaşlarını hörə bilənləri isə bəxtəvər sayırdılar.
Qədim Çində qadınlar çatmaqaş arzulayır və belə qaşları ilahi gözəllik sayırdılar.
Bir çox fizionomlar qaşların da ən az gözlər qədər əhəmiyyətli olduğunu və qaşlara uyğun olaraq insanın xarakterini müəyyənləşdirməyin mümkün olduğunu deyirlər. Məsələn, texniki elmlərə meyilli insanların qaşları düz xətt şəklində, yaradıcı insanların qaşları isə əyri olur. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar