Xəbər lenti
Bakıda estetik əməliyyatın qurbanı olan tələbə qızın ölümünün gizlədilən səbəbləri – TƏFƏRRÜAT
2 il əvvəl dünyasını dəyişən 17 yaşlı Leylanın ölüm səbəbi ətrafında müəmma qalmaqda davam edir. Leylanın ölümünə səbəb olan həkimlər hələ də məhkəmə önünə çıxarılır.
Əvvəlcə hadisə barədə…
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Leyla 2015-ci ilin mart ayında “Star Med” özəl klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Maliyyə-İqtisad Kollecinin 3-cü tələbəsi olan Mürsəlova Leyla Namiq qızının əməliyyat zamanı narkoz verildikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. İlkin ehtimala görə, narkozun dozası çox olmuşdu.
Daha sonra isə L.Mürsəlovanın ürək çatışmazlığından əziyyət çəkdiyi barədə də məlumatlar yayıldı. Amma hazırda davam edən məhkəmə işinin gedişatından aydın olur ki, Leyla tamamilə başqa xəstəlikdən əziyyət çəkirmiş. Amma mərhumun ailəsi bununla razılaşmır.
2 ilə yaxındır, davam edən məhkəmə…
Leylanın ölümü ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Leylanı əməliyyat edən cərrah Mehdiyev Sənan Elman oğlu və əməliyyatda anestezioloq kimi iştirak edən Quluzadə Emin Akif oğlu cinayət məsuliyyətinə cəlb ediliblər. Bu cinayət işi üzrə məhkəmə iclası Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə aparılır.
Leylanın hüquqi varisi kimi atası Namiq Mürsəlov məhkəmə iclaslarında iştirak edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar