Xəbər lenti
Eldar Mahmudov məhkəmə sədri ilə yürüşdə -Nəbatat bağında şok görüş

Rəhbərlik etdiyi naziliyi mütəşəkkil cinayət yuvasına çevirdiyinə görə, sabiq MTN şefi Eldar Mahmudovun həbsi barədə xəbərlər ciddiləşsə də sonradan öz təsdiqini tapmadı.
Qeyd edək ki, "MTN İşi" ilə bağlı keçirilən məhkəmə prosesində generalların Eldar Mahmudov əleyhinə ifadə verməsindən sonra onun bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində dindirlməsi bu barədə xəbərləri ciddiləşdimişdi. Ancaq sonradan proses səngidi və Mahmudov hələ də azadlıqdadır.
Onun azadlıqda qalması ilə bağlı cəmiyyətdə isə müxtəlif versiyalar irəli sürülür.
Xəbərdə isə sabiq MTN rəhbərinin hakimiyyət strukturlarında əlaqələrinin hələ də qaldığı barədə bildirilir. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, həbs təhlükəsi sovuşan sabiq nazir bəzi köhnə dostları ilə əlaqələrini də bərpa edib.
Belə ki, sabiq MTN şefinin bu günlərdəpaytaxtdakı Nəbadət Bağında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevlə görüşdüyü bildirilir. Adıçəkilən bağda görüşən bu şəxslər təxminən 1 saat müddətində söhbət ediblər. Onların nə barədə danışdığı isə bəlli deyil.gununsesi.info
Manerv.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar