Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Səhiyyəmizdə BİABIRÇILIQ! 6 yaşlı uşağa iki xəstəxana 3 fərqli diaqnoz qoydu

Tarix: 18-02-2018 10:30     Baxış: 3275 A- / A+
Səhiyyəmizdə BİABIRÇILIQ! 6 yaşlı uşağa iki xəstəxana 3 fərqli diaqnoz qoydu

6 yaşlı uşağa iki xəstəxana fərqli diaqnoz qoyub. İlkin diaqnozdan ailə psixoloji sarsıntı keçirib.
Manevr.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hadisə Sumqayıtda baş verib. Səbinə Rüstəmli oğlu İsmayılın dərisində problem yarandığına görə özəl klinikalardan birinə müraciət edib. Valideynə bildirilib ki, təcili olaraq qaraciyəri yoxlanılmalıdır. Biokimyəvi analizlərdən sonra qaraciyər fermentinin miqdarı 356 kimi göstərilib. Halbuki bu göstərici uşaqlarda 35 olmalıdır. Yalnız hepatit və sirroz kimi dəhşətli viruslar zamanı bu göstərici qalxa bilər. Analizin nəticəsi isə o anlama gəlir ki, İsmayıl qaraciyər şoku keçirir.

Təxminən 3 həftə sonra uşaq heç bir müalicə kursu keçmədən bu dəfə Bakıda dövlət xəstəxanalarının birində yenidən analiz verib. Nəticələr valideynlərin təəccübünə səbəb olub.

Valideynlər daha sonra ilkin analizin verildiyi Sumqayıtdakı klinikaya müraciət ediblər. Bu dəfə onlara başqa xəstəliyin simptomlarından danışıblar.

Uşağa 3 fərqli diaqnoz qoyulduğundan indi ailə hansı xəstəlik üzrə müalicə aparmalı olduqlarını bilmirlər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, analizlər mütləq yenidən yoxlanılmalıdır. Əgər həkim səhvi sübut edilərsə, o zaman sözügedən klinika və həkim haqqında tədbirlər görüləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar