Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş nazir təqaüdlərlə bağlı QAYDALARI DƏYİŞDİ

Tarix: 17-02-2018 10:29     Baxış: 3890 A- / A+
Baş nazir təqaüdlərlə bağlı QAYDALARI DƏYİŞDİ

Baş nazir Artur Rasizadə "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"da dəyişiklik edib.

Manevr.az xəbər verir ki, qaydalara aşağıdakı dəyişikliklər edilib:

1. Adına və 1-ci hissəsinə "sənədlərin" sözündən sonra "və məlumatların" sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları" üzrə:

2.1. adına, 1.1-ci və 4.8-ci bəndlərinə "sənədlərin" sözündən sonra "və məlumatların" sözləri əlavə edilsin;

2.2. Qaydalara 1-7 nömrəli əlavələrin yuxarı sağ küncünə "sənədlərin" sözündən sonra "və məlumatların" sözləri əlavə edilsin;

2.3. Qaydalara 1 nömrəli əlavəyə "sənədləri" sözündən sonra "və məlumatları (ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, doğum haqqında akt qeydinin nömrəsi, tarixi və qeydiyyata alındığı orqanın adı)" sözləri əlavə edilsin;

2.4. Qaydalara 7 nömrəli əlavə - "Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı" üzrə:

2.4.1. 1-ci hissəyə "sənədlər" sözündən sonra "və məlumatlar" sözləri əlavə edilsin;

2.4.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: "1.1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);

2.4.3. 1.2-ci, 1.3-cü, 2.4-cü, 2.6-cı, 2.9-cu, 2.10-cu, 2.13-cü, 2.15-ci, 2.26-cı və 2.31-ci bəndlər ləğv edilsin;

2.4.4. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

"1.5. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Azərbaycan Respublikası- nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.13-cü maddəsinə əsasən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:

1.5.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.5.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.5.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.5.4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti."; 2.4.5. 2-ci hissədə "sənədlər də" sözləri "sənədlər və məlumatlar da" sözləri ilə əvəz edilsin;

Qaydalarda bir sıra yarımbəndlər ləğv edilib. /qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar