Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

1-ci sinfə qəbul elektron qaydada olacaq

Tarix: 16-02-2018 20:57     Baxış: 4254 A- / A+
1-ci sinfə qəbul elektron qaydada olacaq

Şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunacaq.

Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

E.Əmrullayev bildirib ki, yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq.

Şöbə müdirinin sözlərinə görə, 1-ci sinfə qəbulun elektron formada aparılması bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq. Bu, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq:

“Valideynlər məktəbə getmədən uşaqlarının birinci sinfə qəbulunu elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, elektron qaydada müəllim seçimlərini də edə biləcəklər”.

E.Əmrullayev qeyd edib ki, proses uğurlu olarsa, bütün ölkədə şagirdlərin 1-ci sinfə qəbulunu elektron qaydada həyata keçirmək niyyətindirlər: ” Biz bunu bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik. Bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq. Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin”.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar