Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ailələrə pul ayrıldı – Sərəncam

Tarix: 16-02-2018 14:07     Baxış: 3333 A- / A+
Bu ailələrə pul ayrıldı – Sərəncam

Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi rəsmən təsdiqlənib.

NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli "report"a açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

*** 10:14
Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirməlidir.

Sakinlərə hansı məbləğdə maliyyə vəsaitinin ayrıldığı hələ məlum deyil.

Xatırladaq ki, yanvar ayının son ongünlüyündən etibarən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb. Sürüşmə hələ də aktiv fazadadır və davam edir. Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail Rayon İcra Hakimiyyəti (RİH) ərazidən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürüb. Fevral ayının 10-da ərazidəki növbəti sürüşmə nəticəsində 4 ev dağılıb. Hazırda təhlükə səbəbindən əraziyə heç kim buraxılmır. Səbail RİH ərazidə evi olan sakinləri siyahıya alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar