Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən yumurta açıqlaması

Tarix: 16-02-2018 13:25     Baxış: 4295 A- / A+
Nazirlikdən yumurta açıqlaması

Ötən gün sosial şəbəkələrdə keyfiyyətsiz yumurta satışı ilə bağlı yayılan video görüntülərə cavab olaraq aparılan laborator müayinələrin nəticələri açıqlanıb.

Bakı şəhər sakinindən İqtisadiyyat Nazirliyinə mağazadan aldığı və yerli istehsal olan yumurtanın qaynadılarkən plastmasabənzər maddənin yarandığı barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən yumurtanın alındığı mağazadan nümunələr və Nazirliyə müraciət etmiş istehlakçının qaynadılarkən plastmasabənzər maddənin yarandığını bildirdiyi yumurtaların qalan hissəsi götürülərək yumurtanın keyfiyyətli olub-olmadığını müəyyən etmək məqsədilə laborator müayinə aparılıb.

Laborator müayinələr nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı da yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkar olunmamışdır.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar